Bank Of Baku

“Toshiba” şirkəti Bakıda əl hərəkəti ilə məsafədən idarə olunan noutbukların təqdimatını keçirib

“Toshiba” şirkəti Bakıda əl hərəkəti ilə məsafədən idarə olunan noutbukların təqdimatını keçirib
# 17 aprel 2009 14:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Bakıda tanınmış “Toshiba” şirkəti Azərbaycan bazarında yeni “Toshiba Qosmio” noutbuklarının təqdimat mərasimini və onlarda tətbiq edilən yeni texnologiyalara həsr edilmiş konfrans keçirib. APA-Economics»in məlumatına görə, tədbir “Toshiba”nın Azərbaycanda rəsmi tərəfdaşı olan AZEL şirkətinin dəstəyi ilə təşkil edilib.

Seminarda giriş sözü ilə çıxış edən AZEL şirkəti Müşahidə Şurasının sədri İqor Yakovenko bildirib ki, “Toshiba Qosmio” multimedia mərkəzi məsafədən əl hərəkəti ilə idarə olunan yeni “intellektual” noutbukdur.

Tədbirdə iştirak edən “Toshiba Europe GmbH”-in Baltika və MDB ölkələrində regional meneceri İqor Snıtko “Toshiba”nın bu gün bazarda jestlərlə idarə olunan noutbuklar təqdim edən ilk şirkət olduğunu söyləyib. Onun sözlərinə görə, “Toshiba Qosmio G50” və “Toshiba Qosmio X300” noutbukları “2009-cu ilin məhsulu” mükafatı üzrə keçirilən tədbirdə “Ən yaxşı multimedia noutbuku” nominasiyalarına layiq görülüb.

“Toshiba Europe GmbH”-in partnyorlarla iş üzrə meneceri İqor Jitski bildirib ki, hətta kompüterdən istifadə qaydalarını bilməyən insanlar belə jestlərlə yeni noutbukları işə sala, video və aydio pleyerdən istifadə edə bilərlər. Yeni noutbuk televizor, ev kinoteatrı, audio və video pleyer funksiyasına malikdir və WIMAX texnologiyasını dəstəkləyir. Bu növ noutbukların qiyməti 2-3 min manatdan başlayır. Bütün noutbuklar kamera ilə təchiz edilib, su buraxmır, zərbəyə davamlıdır, bununla yanaşı, üzü müəyyən etmək funksiyasına və biometrik məlumatlar əsasında qurulmuş təhlükəsizlik sisteminə malikdir. Yəni bu noutbukların bloklanması üçün sahibinin onların önündən durması və ya klaviaturadan əlini çəkməsi kifayətdir. Bundan başqa, noutbuklar mobil telefonla da bloklaşdırılırlar. Bunun üçün sahibinin mobil telefonunu masadan götürməsi kifayət edir.

Xatırladaq ki, “Toshiba” şirkətinin məhsulları Azərbaycan bazarına 2003-cü ildən çıxarılıb. Şirkətin mərkəzi ofisi Almaniyanın Noys şəhərində yerləşir. “Toshiba”nın illik gəliri hazırda 76 milyard dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR