Bank Of Baku

Azərbaycanın İnformasiya Texnologiyaları bazarının 25%-i “Toshiba”nın payına düşür

Azərbaycanın İnformasiya Texnologiyaları bazarının 25%-i  “Toshiba”nın payına düşür
# 17 aprel 2009 15:08 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın “Delta Telecom” şirkəti Yaponiyanın “Toshiba” şirkəti ilə WIMAX texnologiyasını dəstəkləyən noutbukalrın təchizatı ilə bağlı razılaşma imzalayıb. Bu haqda “APA-Economics»ə məlumat verən “Toshiba Europe GmbH”-in Baltika və MDB ölkələrində regional meneceri İqor Snıtko qeyd edib ki, şirkət Azərbaycanın İnformasiya Texnologiyaları (İT) sahəsinin inkişafı strategiyası və dövlət proqramı çərçivəsində dövlət tərəfindən həyata keçirilən layihələrdə iştirak etmək niyyətindədir. Bununla yanaşı, şirkət Azərbaycan bazarına ən son məhsullarını, dünya bazarında təqdimat keçirilən gündən etibarən sifarişlə individual şəkildə çatdırılmasını təmin etməyə hazırdır.
İ. Snıtkonun sözlərinə görə, “Toshiba”nın Azərbaycan bazarında payı Avropa və Rusiya bazarındakı payından çoxdur və hazırda 25 % təşkil edir. Son məlumatlara görə, MDB, Gürcüstan və Baltika ölkələrində “Toshiba” 6 milyon noutbuk satıb. Bu onunla izah edilir ki, Azərbaycanda böhranın təsiri o qədər də özünü biruzə vermir, bu da bank sistemində müşahidə olunan nisbi stabilliklə, manatın kursunun dollara qarşı dayanıqlığı, İT sahəsində mövcud olan inkişaf potensialı, bu sahənin dövlət tərəfindən dəstəklənməsi və İT ilə bağlı dövlət layihələrinin həyata keçirilməsi ilə izah edilir.
Digər MDB dövlətlərində isə devalvasiya nəticəsində İT məhsullarına olan tələbat nəzərə çarpacaq dərəcədə azalıb. Ekspertin rəyinə görə, bu il ərzində noutbuklara və netbuklara olan tələbat artacaq. Bununla bağlı olaraq şirkət multimedia funksiyalarını inkişaf etdirəcək, video adapterlərin istehsalına, noutbukların qeyri-adi (rəng, dizayn və s.) görünüşə malik olmalarına, keyfiyyətə, etibarlılığa və zəmanətə olan tələblər və tələbatlar artacağına görə məhz bu sahələrin inkişafına xüsusi diqqət yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR