Bank Of Baku

“Azercell”in stansiyalarının sayı 1576-a çatıb

“Azercell”in stansiyalarının sayı 1576-a çatıb
# 17 aprel 2009 15:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində işləri davam etdirir. Şirkətin baş ofisindən APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayında “Azercell Telekom” 13 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Bunlardan 10-u Bakının, digərləri isə Masallı, Quba və Şəki rayonlarının ərazisində quraşdırılıb. Mart ayında isə 30 yeni stansiya istifadəyə verilib. Bunlardan 6-sı Bakının, 6-sı Abşeronun, 2-si Göyçayın, 2-si Saatlının, 2-si Şəkinin, 2-si Beyləqanın, digərləri isə Ağdaş, Biləsuvar, Salyan, Gəncə, Yevlax, Ağdam, Sabirabad, Kürdəmir, Qusar və Xaçmaz rayonlarının payına düşür.
Aprel ayının əvvəlinə olan məlumata görə, “Azercell”in ümumilikdə 1576 stansiyası, o cümlədən 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi və 12 mobil rabitə kommutasiya mərkəzi fəaliyyət göstərir.
Qeyd edək ki, ”Azercell Telekom” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçi bazasına malikdir. Şirkət Azərbaycanın ərazisinin 80% əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR