Bank Of Baku

Azərbaycan Rusiyadan sərnişin vaqonları alacaq

Azərbaycan Rusiyadan sərnişin vaqonları alacaq
# 20 aprel 2009 07:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Rusiyadan sərnişin vaqonlarının alınmasına dair danışıqlar aparır. Bu barədə «APA-Economics»ə ADDY-dan məlumat verilib.
Danışıqlar müsbət nəticələnərsə, ADDY 2010-cu ildə Rusiyanın «Transmaşholdinq» səhmdar cəmiyyətindən 10 müasir sərnişin vaqonu alacaq. Danışıqlar davam etdiyindən alınacaq vaqonların qiyməti açıqlanmayıb. Layihənin bir hissəsinin dövlət büdcəsi, bir hissəsinin isə ADDY-nin öz vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ADDY 1880-ci ildə yaradılıb. ADDY-nin balansında 476 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR