Bank Of Baku

Moskvada Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclası keçirilir

Moskvada Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının iclası keçirilir
# 20 aprel 2009 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Moskvada (Rusiya) Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının XXIV iclası işə başlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycanı ADDY-nin rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın iclasında DYƏT Komissiyasının 2008-ci ildə yük və sərnişin daşımaları üzrə işlərin yekunları, DYƏT Komissiyasının 2008-ci ildə infrastruktur və hərəkət tərkibi üzrə işlərinin yekunları, DYƏT-in daimi işçi qrupunun 2008-ci ildə kodlaşdırma və informatika üzrə işləri, maliyyə və hesablaşma üzrə işlər, dəmir yolları arasında qarşılıqlı hesablaşma və borcların ödənilməsi, DYƏT-in əsas sənədlərinin təkmilləşdirilməsi üzrə müvəqqəti işçi qrupunun işləri, DYƏT-in 2008-ci ildəki fəaliyyəti barədə hesabat, təşkilatın 2010-cu və sonrakı illər üçün iş proqramı, Baş Direktorlar Konfransının XXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri müzakirə olunacaq.
Qeyd edək ki, DYƏT 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Təşkilata 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları üzvdür.
ADDY 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatında təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR