Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Azərbaycana gələcək

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Azərbaycana gələcək
# 20 aprel 2009 09:57 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Səid əl-Mənsurun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə diplomatik mənbələrdən məlumat verilib.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun dəvəti ilə aprelin 21-22-də Bakıya səfər edəcək nümayəndə heyəti Azərbaycanın Nəqliyyat, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirlikləri, «Azərbaycan Hava Yolları» Dövlət Konsernində görüşlər keçirəcək. Danışıqlarda iki ölkə arasında nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə ediləcək.

Qeyd edək ki, mənbənin məlumatına görə, BƏƏ nümayəndə heyətinin tərkibinə nazir Sultan Səid əl-Mənsurla bərabər bu ölkənin İqtisadiyyat Nazirliyinin təmsilçiləri, Mülki Aviasiya Təşkilatının direktoru, Federal Ticarət və Sənaye Palatasının prezidenti və baş katibi, tanınmış iş adamları daxil olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR