Bank Of Baku

Dünya maliyyə böhranı «Honda» avtomobillərinin Azərbaycanda satışını kəskin azaldıb

Dünya maliyyə böhranı «Honda» avtomobillərinin Azərbaycanda satışını kəskin azaldıb
# 20 aprel 2009 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Yaponiyanın «Honda» avtomobil şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Yenimotors» şirkətinə də təsir göstərib.
«Yenimotors» şirkətinin direktoru Elçin Əsədovun «APA-Economics»ə verdiyi məlumata görə, böhran dövründə «Honda» avtomobillərinin Azərbaycanda satışı kəskin azalıb: «Əgər ötən ilin yay-payız mövsümündə biz ayda 100 ədəd «Honda» avtomobili satırdıqsa, hazırda aylıq satış həcmi 50 avtomobilə düşüb».
E.Əsodov onu da bildirib ki, satış həcmini bir qədər bərpa etmək üçün «Yenimotors» şirkəti «Honda» avtomobillərinin Azərbaycanda olan bir sıra modellərinə satış qiymətini 10%-dək endirib. Bundan başqa, şirkət avtomobilə olan kredit şərtlərini də yumşaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR