Bank Of Baku

Hindistan səfirliyi Azərbaycan vətəndaşlarını İT kurslarda iştirak etməyə dəvət edir

Hindistan səfirliyi Azərbaycan vətəndaşlarını İT kurslarda iştirak etməyə dəvət edir
# 20 aprel 2009 14:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Hindistanın Azərbaycandakı səfirliyi Azərbaycan tərəfini Hindistan hökumətinin 2009-2010-cu illər üçün təqdim etdiyi Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində İT kurslarda iştirak etməyə dəvət edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, kurslarda iştirak etmək istəyən namizədlər ingilis dilini yüksək səviyyədə bilməlidir və sağlamlıq haqqında arayış təqdim etməlidir. Namizədlər səfirlikdə müsahibədən keçəcək.
Qeyd edək ki, kurslar təşkilatçılar tərəfindən maliyyələşdirilir, o cümlədən iştirakçılar təyyarə bileti, yaşayış yeri və kurs ərzində gündəlik qidalanma üçün müəyyən pul müavinəti ilə təmin ediləcək. Kurslarla bağlı daha ətraflı məlumatla http://itec.nic.in internet ünvanında tanış olmaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR