Bank Of Baku

Azərbaycan paytaxtında torpaq sahəsinin orta qiyməti martda 3,2% düşüb

Azərbaycan paytaxtında torpaq sahəsinin orta qiyməti martda 3,2% düşüb
# 21 aprel 2009 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhəri üzrə bazara çıxarılan 1 sot torpaq sahəsinin orta qiyməti 2009-cu ilin mart ayında 3,2% azalaraq 22 341 ABŞ dolları səviyyəsindən 21 630 dollar səviyyəsinə enib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.

Mart ayı ərzində bazara təklif olunan ümumi 812,4 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası martda nisbətən zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,8% artaraq 215 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb.

Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da daha çox III və IV zonalarda qeydə alınıb. Ən çox qiymət azalması isə Binəqədi rayonunda (-6,3%) olub.

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edir. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR