Ali Ağan: «Azercell»in ötən ilki yekunları bütün sahələr üzrə pozitiv olub»- MÜSAHİBƏ
- «Azercell» həmişə olduğu kimi, 2008-ci ili də uğurla başa vurub. Şirkət il ərzində həm öz qarşısında qoyduğu məqsədlərə, həm də «TeliaSonera» qrupu olaraq bütün hədəflərinə nail olub. Bu ili də bir şirkət olaraq eyni uğurla bitirəcəyimizə inanırıq və bu istiqamətdə fəal iş aparırıq. «TeliaSonera» qrupuna daxil olan bir şirkət kimi «Azercell» 2008-ci ildə göstərdiyi fəaliyyətin yekunlarını, ana şirkət öz fəaliyyəti haqda məlumatları açmadıqdan öncə açıqlaya bilmərik. Yalnız onu deyə bilərik ki, Azərbaycan son illər ərzində sürətlə inkişaf edən bir ölkə olduğu kimi, «Azercell» şirkəti də paralel olaraq eyni templərlə inkişaf edir və bunun nəticəsi olaraq, 2008-ci ilin yekunları bütün fəaliyyət istiqamətləri üzrə pozitiv olacaq.
- Bu ilin sonuna kimi «Azercell» şirkətinin 3G texnologiyası üzərindən yeni xidmətlərin göstərməsinə başlamağı planlaşdırırmı?
- Azərbaycanda 3G texnologiyasını dəstəkləyən telefonlar mövcuddur, lakin texnologiya hələ ki, yoxdur. Bu ilin sonuna kimi biz şəbəkə operatoru olaraq, əhalinin son zamanlar gözlədiyi 3G texnologiyasını təqdim edəcəyik. «Azercell» şirkəti iki ildir ki, bu texnologiyanın tətbiqinə hazırdır və yaxın vaxtlarda tənzimləmə işləri bitdikdən sonra, əhaliyə 3G texnologiyası üzərindən xidmətlərin göstərilməsinə başlayacağıq. 3G texnologiyasının tətbiqi daha geniş çeşidli, daha böyük sürətlə keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradacaq. «Azercell» texniki nöqteyi nəzərdən ən yaxşı təchiz edilmiş şirkətdir. Bu texnologiyanın tətbiqi data xidmətlərini daha yüksək sürətlə göstərməyə, yeraltı kabellərin çəkilməsi mümkün olmayan uzaq kəndlərdə 3G texnologiyası vasitəsi ilə data xidmətlərini təqdim etməyə və orada yaşayan gəncləri və yaşlı nəslin nümayəndələrini İnternetlə tanış etməyə imkan yaradacaq. Artıq onlar kompüterdə görülən işləri mobil telefonlarında həyata keçirə biləcək.
- Beynəlxalq ekspertlərin rəylərinə görə, artıq 4G texnologiyasının tətbiqi daha məqsədəuyğundur. Sizin bununla bağlı fikrinizi öyrənmək istərdik.
- Hansı daha düzgündür: bir başa 4G texnologiyasına keçid və ya mərhələlərlə, birinci 3G-nı, sonra isə 4G-nı tətbiq etmək – bu, dünyada ən çox müzakirə olunan məsələdir. Lakin bir mütəxəssis olaraq qeyd edə bilərəm ki, 4G texnologiyası, stabil kontenti hələ tam işlənmədiyinə görə, mövcud deyil. Bundan başqa, yeni texnologiyaların tətbiqində mərhələli keçid daha məqsədəuyğundur. Azərbaycanın mövcud telekommunikasiya və rabitə bazarına nəzər yetirdikdə aydın olur ki, ölkə üçün hazırda ən uyğun standart 3G-dir, çünki 4G texnologiyası növbəti 5 ildə hələ inkişaf edəcək. Buna görə də, biz Azərbaycan üçün daha faydalı və uyğun bir texnologiya kimi, özünü təsdiq etmiş 3G texnologiyasını seçmişik.
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin endirimə yönəldilmiş tarif siyasətinə uyğun olaraq, «Azercell» şirkətinin tarif endirimləri istiqamətində hansı tədbirlər görəcəyi gözlənilir?
- Ötən illə müqayisədə bizim tariflər çox endirilib və bu istiqamətdə işləri davam etdiririk. Bu endirimlərin mərhələlərlə tətbiqi onunla bağlıdır ki, biz paralel olaraq qiymətləri endirməklə yanaşı şəbəkəmizi sürətlə genişləndiririk. «Azercell» Azərbaycanda ən geniş əhatə dairəsinə malik olan operatordur, biz ölkə əhalisinin 99,6%-ni əhatə edirik. Qoyduğumuz yatırımlar nəticəsində 1 500-dən artıq radio-baza stansiyası quraşdırmışıq. Təkcə 3-4 kəndi və 500-600 nəfəri əhatə edən stansiyanın quraşdırılması üçün yüz minlərlə dollar vəsait xərcləyirik. Bu yatırımlar həmin regionda bizim xidmətlərdən istifadə edən abunəçilərdən gələn gəlirlərlə ödənilmir, bunun üçün 30-40 il gözləmək lazım olardı. Lakin bizim həyata keçirdiyimiz layihələr sosial öhdəlikdir və bütün ölkənin mobil rabitə ilə təmin edilməsi istiqamətində görülən bir işdir.
Müştəri bazası ildən ilə böyüyən «Azercell» bu günə kimi 1 mlrd. dollara yaxın investisiya yatırıb, bununla yanaşı tariflərdə endirimlər həyata keçirib və bu prosesi 2009-cu ildə də davam etdirməyi planlaşdırırıq. Digər operatorlarla bizim aramızda olan tarif fərqinə gəldikdə, bu onunla bağlıdır ki, onlar bizim sərf etdiyimiz vəsaitlərin bir hissəsini xərcləyərək, sadəcə Bakını, regional mərkəzləri və onlara yaxın kəndləri rabitə ilə təmin edir və bu regionlarda yaşayan gəlir səviyyəsi yüksək olan insanları telefonla danışmaq imkanı ilə təmin edirlər. Digər təbəqəyə aid olan insanlar, hansılar ki uzaq kəndlərdə yaşayırlar, bu imkandan məhrum olur. Beləliklə, onlar tərəfindən yatırılan sərmayələrin mahiyyəti azalır. Biz isə bütün ölkəni əhatə etməyə çalışırıq və bu halda bizim tariflərimizdə fərqin olması normaldır.
- Bu ilin sonuna kimi şirkət abunəçi bazasının genişlənməsi ilə bağlı hansı proqnozlar verə bilər?
- Bizim hazırda 3,5 milyon abunəçimiz var və onların sayı hər gün artır. Azərbaycan əhalisinin 8 milyon olmasına baxmayaraq, onların 1 milyonu ölkə xaricində - Rusiyada, Ukraynada, Türkiyədə işləyir və yaşayır. Buna baxmayaraq, bizim bazar payımız çox ciddidir, texniki nöqteyi nəzərdən də «Azercell»in digər operatorlarla müsbət fərqi var. Biz mütəmadi olaraq şəbəkəmizi genişləndirməklə yanaşı yayımı da artırmaqla daha böyük nailiyyətlər əldə etməyə çalışırıq və hazırda ilk məqsədimiz bu ilin sonuna kimi 4 milyon abunəçi bazasına malik olmaqdır.
- 2009-cu ilin sonuna kimi «Azercell»in əhatə dairəsi respublikanın ərazisinin və əhalisinin neçə faizini təşkil edəcək?
- Hazırda «Azercell» işğal altında olan ərazilər istisna olmaqla, Azərbaycan əhalisinin 99,6%-ni əhatə edir və əsas hədəflərimizdən biri əhatə dairəsini 100%-dək artırmaqdır. Əraziyə gəldikdə isə, biz Azərbaycan ərazisinin 80%-ni əhatə edirik və bura işğal altında olan ərazilər daxil deyil. Arzumuz odur ki, işğal altında olan ərazilərimiz azad olunsun və biz orada abonentlərimizə mobil rabitə xidməti göstərək.
- Dünya maliyyə böhranının «Azercell»in fəaliyyətinə təsiri olubmu, şirkətdə hər hansı bir ixtisar baş veribmi?
- Məlum olduğu kimi, hazırda dünyada qlobal iqtisadi böhran müşahidə olunur və elə bir ölkə yoxdur ki, bu böhran ona təsir göstərməsin. Lakin Azərbaycanda fəaliyyət göstərən bir şirkət olaraq, bizim bu baxımdan bəxtimiz gətirib. Ölkə prezidentinin apardığı düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanda çalışan şirkətlər, digər ölkələrdən fərqli olaraq, daha rahat şəkildə böhranın öhdəsindən gəlir. Dünya Bankının hesabatları və ölkənin inkişaf tempini əks etdirən digər göstəricilər bunu bir daha təsdiqləyir. Onu da qeyd edim ki, bu təkcə neft sektorunun inkişafı ilə əlaqədar deyil, çünki bir sıra neft dövləti hazırda çox ciddi şəkildə böhranın yaratdığı problemlərlə mübarizə aparır. Azərbaycanda son beş ildə qeyri-neft sektorunun inkişaf templəri neft sektorunun inkişaf tempini üstələyir. «Azercell»ə gəldikdə isə, dediyim kimi, biz 2008-ci ili uğurla başa vurduq və 2009-cu ildə də lazımi yatırımlara, xalqa yeni xidmətlər və texnologiyalar təqdim etməkdə davam edəcəyik. İnsan qaynaqlarına gəldikdə isə, «Azercell»in ən böyük zənginliyi şirkətdə çalışan insanlardır, hansıların ki 99,9%-i azərbaycanlılardır. «Azərcell»in kadrlarının ixtisaslaşması istiqamətində qoyulan sərmayələrin həcmi ötən il 2 mln. dollar olub və bu il yatırımların davam etdirilməsi planlaşdırılır. Belə ki, dünyanın bir çox şirkətində olduğu kimi, işçiləri ixtisar etmək əvəzinə, biz əksinə, işə yeni işçilər cəlb edəcəyik.
İnfrastruktur
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutub: Təbiət və şəhər həyatının harmoniyası - FOTO
Deputat yollarda standartlara uyğun olmayan nişanlanma və cərimələrdən narazıdır
Xəbər Lenti
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
Pakistan Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib - YENİLƏNİB
DÇ-2026: Yaponiya Tunisi darmadağın edib
Ukrayna Ordusu Kerç yarımadasına zərbə endirib, 4 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB
KİV: ABŞ və İran arasında İsrail-Hizbullah münaqişəsinə dair fövqəladə iclas keçiriləcək
Gəncədə evdən meyit tapılıb
ABŞ İranla danışıqları təhlükəyə atmamaq üçün İsrailə təzyiq göstərir
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
Starmer 22 iyunda istefa verəcəyini açıqlaya bilər
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə çatıb
Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır