Bank Of Baku

Sumqayıtda məktəb şagirdləri arasında «Gənc informatiklər» müsabiqəsi keçirilir

Sumqayıtda məktəb şagirdləri arasında «Gənc informatiklər» müsabiqəsi keçirilir
# 21 aprel 2009 08:18 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhər İcra Hakimiyyəti yerli Təhsil Şöbəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Qafqaz Universitetinin təşkilati dəstəyi ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında «Gənc informatiklər» müsabiqəsi keçirir. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Müsabiqə Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunub və bu çərçivədə məktəblilər internet səhifələri və təqdimat işlərinin hazırlanması üzrə mübarizə aparırlar. Müsabiqəyə ibtidai sinif şagirdlərinin iştirakı ilə yeni, 3-cü istiqamət daxil edilib ki, burada da ibtidai sinif şagirdləri mətn yığıcılığı üzrə yarışacaqlar.
Layihəyə həmçinin HP şirkəti, «Microsoft» korporasiyası, «DNS Computers» MMC və «İntel – Gələcək üçün Təhsil Proqramı» texniki və təşkilati dəstək göstərir. Artıq müsabiqədə iştirak etmək üçün 400-dən çox şagird ərizə ilə müraciət edib. Ərizəçilərdən 150 nəfəri internet səhifələri, 200-dən çoxu təqdimat işlərinin hazırlanması üzrə müsabiqədə iştirak edəcək, təxminən 60 nəfər ibtidai sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR