Bank Of Baku

Mayda Azərbaycanda Milli Məkan Məlumatlarının İnfrastrukturu mövzusunda beynəlxalq seminar keçiriləcək

Mayda Azərbaycanda Milli Məkan Məlumatlarının İnfrastrukturu mövzusunda beynəlxalq seminar keçiriləcək
# 21 aprel 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. May ayının 12-15-də Bakıda Şərqi Avropa və Mərkəzi Asiyada Milli Məkan Məlumatlarının İnfrastrukturu mövzusunda beynəlxalq seminar keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirib.
A.Qaraşovun sözlərinə görə, seminarda bir sıra Avropa və Asiya ölkələrindən nümayəndələr iştirak edəcək. Seminarda ölkə ərazisində əmlakların daxil edildiyi daimi fəaliyyət göstərən coğrafi koordinat şəbəkəsinin qurulması və bunun ümumdünya sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq. Müxtəlif ölkələrdə bu işlərə dair məlumatlar dinləniləcək və tövsiyələr hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR