Bank Of Baku

«Volkswagen» şirkəti dünya avtomobil bazarında liderliyə yüksələ bilər

«Volkswagen» şirkəti dünya avtomobil bazarında liderliyə yüksələ bilər
# 22 aprel 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı bir çox avtomobil şirkəti üçün çətin dövr olsa da, bəzi şirkətlər bundan istifadə edərək müəyyən uğurlar qazanır. Bunlardan biri Almaniyanın «Volkswagen» şirkətidir.
«APA-Economics»in məlumatına görə, hələ bir il bundan öncə satış həcmi ilə bir o qədər də seçilməyən ««Volkswagen» artıq 2009-cu ilin ilk rübünün nəticələrinə görə Yaponiyanın «Toyota Motor» şirkətini geridə qoya bilər. Əgər bu baş verərsə, Almaniya şirkəti dünyada ən çox avtomobil satan şirkət olacaq. Dünyada «Volkswagen» avtomobillərinə tələbatın 11% azalmasına baxmayaraq (təxminən 1,4 mln avtomobil), şirkətin dünya bazarındakı payı 11% artıb. Almaniyanın özündə «Volkswagen» avtomobillərinin satışı cari ilin ilk rübündə 4,5% artaraq 251,5 min ədəd təşkil edib.
Lakin buna baxmayaraq, «Toyota» dünya liderliyini hələ də qoruyub saxlaya bilər. Belə ki, şirkət 2009-cu il ərzində 16 yeni modelin istehsalını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR