Bank Of Baku

Azərbaycan iyuldan beynəlxalq sərnişin gecə aviareyslərini bağlayır

Azərbaycan iyuldan beynəlxalq sərnişin gecə aviareyslərini bağlayır
# 22 aprel 2009 09:58 (UTC +04:00)
M.Səfərlinin sözlərinə görə, Bakı şəhəri əhalisinin sosial müdafiəsini və gecə şəraitində normal istirahətini təmin etmək məqsədilə AZAL-ın prezidenti Cahangir Əsgərovun müvafiq əmri ilə iyul ayının 2-dən gecə saat 00:00-dan səhər saat 07:00-dək Bakı şəhərinin əsas hava limanı işləməyəcək: «Artıq biz əməkdaşlıq etdiyimiz bütün xarici şirkətlərə bu barədə xəbərdarlıq etmişik. Şirkətlərin uçuş qrafiklərinin dəyişdirilməsi istisna olunmur».
M.Səfərli onu da bildirib ki, gecə saatlarında yalnız dövlət, sanitar, humanitar, qəza və bu kimi təyanatlı təyyarələrə uçmaq imkanı yaradılacaq.
Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici və yerli aviaşirkətlərdən isə «APA-Economics»ə bildiriblər ki, hazırda bir sıra sərnişin aviareysləri üzrə uçuşlar və limana enməsi məhz gecə saatlarına təsadüf edir. Belə ki, Moskva-Bakı («Rossiya» aviaşirkəti), Bakı-Minsk («BelAvia» aviaşirkəti), İstanbul-Bakı («Turkish Airlines» aviaşirkəti), London-Bakı («BME» aviaşirkəti), Frankfurt-Bakı («Lufthansa» aviaşirkəti), Bakı-Riqa və Riqa-Bakı («Air Baltiya» aviaşirkəti) və s. aviareyslər üzrə uçuş və enmə saat 00:00–07:00 arasında yerinə yetirilir. Şirkətlər hazırda uçuşları qrafika uyğun yerinə yetirsə də, iyul ayınadək qrafiklərə dəyişikliklərin ediləcəyi bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR