Bank Of Baku

Azərbaycan Almaniyada keçiriləcək beynəlxalq İKT sərgi-konfransında iştirak edəcək

Azərbaycan Almaniyada keçiriləcək beynəlxalq İKT sərgi-konfransında  iştirak edəcək
# 22 aprel 2009 10:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Radiotezliklər İdarəsinin (DRİ) nümayəndələri 2009-cu ilin iyul ayının 1-də Lixtenauda (Almaniya) keçiriləcək «LS Summit-2009» beynəlxalq İKT sərgi-konfransında iştirak edəcəklər.
DRİ-dən «APA-Economics»ə verilən məlumata əsasən, tədbirin təşkilatçısı rolunda rabitə sahəsində xüsusi proqram təminatının hazırlanması və inkişaf etdirilməsi, konsaltinq xidmətlərinin göstərilməsi, treninqlərin təşkili kimi sahələrdə böyük beynəlxalq təcrübəyə malik olan Almaniyanın «LS Telcom» şirkəti çıxış edir.
Tədbirdə Azərbaycanı RİTN-in dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirməsi şöbəsinin müdiri Mirheydər İsmayılov və DRİ-nin rəisi Əflatun Məmmədov iştirak edəcəklər.
Qeyd edək ki, Almaniyanın «LS Telcom» şirkəti öz çoxstandartlı kompüter proqramı, konsaltinq və mühəndis xidmətləri vasitəsi ilə hibrid və yayım şəbəkələri, DVB-H sistemlərinin optimallaşdırılması, əlaqələndirilməsi və planlaşdırılmasında ixtisaslaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR