Bank Of Baku

Azərbaycanın bölgələrində poçt şöbələrinin texniki avadanlıqla təmin olunmasına dair tenderin qalibləri müəyyənləşib

Azərbaycanın bölgələrində poçt şöbələrinin texniki avadanlıqla təmin olunmasına dair tenderin qalibləri müəyyənləşib
# 22 aprel 2009 12:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi 2009-cu ildə regionlarda poçtamtın inzibati binası, qəsəbə və kənd tipli poçt şöbəsi binalarının texniki avadanlıqlarla təmin olunması ilə bağlı keçirdiyi açıq tenderin qaliblərini müəyyənləşdirib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, müsabiqə iki lot üzrə keçirilib - poçtamtın inzibati binasının tikintisi və regionlarda qəsəbə tipli poçt şöbəsi binalarının tikintisi və texniki avadanlıqlarla təmin edilməsi.
İlk lot üzrə tenderin qalibi yerli «Aypara» şirkəti, ikinci lot üzrə isə yerli «Avtomatika-Mexanika» şirkəti qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR