Bank Of Baku

Azərbaycan MPEG4 rəqəmsal televiziya yayımı standartının tətbiqinə hazırlaşır

Azərbaycan MPEG4 rəqəmsal televiziya yayımı standartının tətbiqinə hazırlaşır
# 22 aprel 2009 12:51 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Teleradio» İstehsalat Birliyi (İB) ölkədə rəqəmsal televiziyanın tətbiqi layihəsi çərçivəsində bir sıra xarici şirkətlə danışıqlar aparır.
RİTN-dən APA-Economics»ə verilən məlumata əsasən, bu ilin sonuna kimi Azərbaycanda MPEG4 sıxlaşdırma standartının tətbiqi planlaşdırılır. Bu standartın tətbiqi 8 televiziya proqramının bir kanalda yayımına və bununla da tezliklərdən qənaətlə istifadə etməyə imkan verir.
Standartın tətbiqi çərçivəsində «Teleradio» İB hazırda Ukrayna, Litva və İtaliya şirkətləri ilə televiziya yayımı avadanlıqlarının alınmasına dair danışıqlar aparır. Danışıqların nəticəsində tələb olunan avadanlıqların ümumi dəyəri müəyyənləşəcək və əgər bu məbləğ qanunvericiliyə əsasən 50 min manat həddini üstələsə, tender keçiriləcək.
RİTN mütəxəssislərinin sözlərinə görə, ilk öncə yeni standartlı rəqəmsal yayım avadanlığı Bakı şəhərində tətbiq ediləcək, 2010-cu ildə isə yayım regional səviyyədə təşkil olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda bir kanalda 4 proqramın yayımına imkan verən MPEG2 rəqəmsal yayım standartından istifadə olunur. MDB ölkələri arasında MPEG4 standartı artıq Rusiya və Ukraynada tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR