Bank Of Baku

Dünya Bankı yaxın aylarda Azərbaycana daha 173 mln. dollar kredit ayıracaq

Dünya Bankı yaxın aylarda Azərbaycana daha 173 mln. dollar kredit ayıracaq
# 23 aprel 2009 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-dək Dünya Bankının (DB) Direktorlar Şurası «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II» layihəsinin icrasına 173 mln. ABŞ dolları həcmində əlavə vəsaitin ayrılmasını təsdiqləyə bilər. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Apreldə DB-nın nəqliyyat missiyası Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində bankın nümayəndə heyəti müvafiq qurumlarla danışıqlar aparıb və danışıqların nəticəsi olaraq, DB-nın Direktorlar Şurası bankın cari maliyyə ilinin sonunadək (iyulun 1-dək) Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması üçün 63 mln. dollar güzəştli və daha 110 mln. dollar vəsaitin ayrılmasını təsdiq edə bilər», - deyə ofisdən bildirilib.
«Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması - II» layihəsinin icrasına əlavə vəsaitin ayrılması yalnız Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulub. Ümumiyyətlə, layihəyə Ələt-Masallı, Kürdəmir-Ucar, Bakı-Şamaxı avtomobil yollarının yenidən qurulması və H.Z.Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinədək avtomobil yolunun tikintisi komponentləri daxildir. DB layihənin icrasına ilkin olaraq 200 mln. dollar ayırıb, daha sonra 300 mln. dollar əlavə vəsaitin ayrılmasına dair Azərbaycan hökuməti ilə və DB arasında saziş imzalanıb.
DB-nın Bakı ofisindən həmçinin bildirilib ki, Bakı-Şamaxı yolunun yenidən qurulması məsələsi isə bu ilin payız aylarında müzakirə olunacaq.
Xatırladaq ki, Hacıqabul-Bəhramtəpə yolu 2 zolaqlı, uzunluğu 69 kilometrdir. Tikinti işlərinə 2011-ci ildə başlanması və 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR