Bank Of Baku

Azərbaycanın təkrar mənzil bazarında passivlik son iki ildə ən yüksək həddə çatıb

Azərbaycanın təkrar mənzil bazarında passivlik son iki ildə ən yüksək həddə çatıb
# 23 aprel 2009 11:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayı ərzində Bakı şəhəri üzrə təkrar mənzil bazarında bağlanan əqdlərin dinamikasında 3,1% azalma qeydə alınıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.

Yeni tikililərin təkrar bazardakı payı fevral ayı ilə müqayisədə 0,9% artıb. Nəticədə, təkrar bazarda yeni tikililərin ümumi təklif portfelindəki payı fevralda olduğu kimi 60,3% olub.

Bazarda təklifin (0,4%) artması qiymət azalmasına bir qədər də təkan verib. Araşdırmalar göstərib ki, 2009-cu ilin ötən 3 ayı ərzində bazarın bu seqmenti üzrə qeydə alınan passivlik son iki ildə ən yüksək həddə çatıb. Əmlakın bu növü üzrə likvid dəyər azalıb, risk dərəcəsi isə artıb. Bu səbəbdən təkrar bazar üzrə ekspozisiya müddəti daha 4 gün artaraq 115 günə çatıb.

Martda qiymət indeksində 11,7 bənd azalma müşahidə edilib. Orta qiymət 4,7% azalaraq 1321 dollar/kv. metrdən 1 259 dollar/kv. metrə qədər enib. Bazarda mənzillərin 1 kv. metrinin orta qiymətindən (1 259 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 61,6%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,48 (artım 0,4%), hər otağın orta satış qiyməti 52 680 dollar (artım 0,7%), mənzilin orta qiyməti isə 124 441 dollar (azalma 0,6%) təşkil edib.

Ay ərzində Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və bu 4 rayonun ümumi təklif portfelində ümumi payı 78,4%-ə bərabərdir.

Araşdırmalardan həmçinin məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksində də fevraldan fərqli olaraq azalma baş verib. Bazara təqdim olunan «yeni tikililər»in təklif portfelində xüsusi çəkisi artmaqda davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR