Bank Of Baku

BMT-nin «Daşınmaz əmlakın idarə olunmasında şəffaflıq və səmərəlilik» mövzusunda növbəti seminarı Bakıda keçiriləcək

BMT-nin «Daşınmaz əmlakın idarə olunmasında şəffaflıq və səmərəlilik» mövzusunda növbəti seminarı Bakıda keçiriləcək
# 23 aprel 2009 11:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Sofiya şəhərində (Bolqarıstan) BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə «Daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi sahəsində məlumatların idarə edilməsi təcrübəsi» mövzusunda seminar işə başlayıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi seminarda Azərbaycan tərəfi təqdimatla çıxış edəcək. Dünya Bankının dəstəyi ilə reallaşdırılan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində görülmüş işlər, əldə edilmiş nəticələr haqqında məlumat veriləcək.
Xidmət nümayəndələri Bolqarıstanda əmlakın qeydiyyatı sahəsində görülmüş işlər, bu ölkədə yenicə istifadəyə verilmiş daşınmaz əmlakın kadastrı və qeydiyyatı sistemi ilə yaxından tanış olacaq, eyni zamanda daşınmaz əmlakın kadastrının yaradılması, bu sahədə özəl sektorun iştirakı, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə təcrübəni öyrənəcəklər.
Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyasının daşınmaz əmlak idarəçiliyi üzrə işçi qrupunun təşkilatçılığı ilə «Daşınmaz əmlakın idarə olunmasında şəffaflıq və səmərəlilik» mövzusunda növbəti seminar oktyabrın 1-2-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR