Bank Of Baku

Martda Azərbaycan paytaxtında qeyri-yaşayış sahələrinin orta satış qiyməti 2,8%, icarə bazarında isə 1,9% düşüb

Martda Azərbaycan paytaxtında qeyri-yaşayış sahələrinin orta satış qiyməti 2,8%, icarə bazarında isə 1,9% düşüb
# 23 aprel 2009 11:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayında Bakı şəhərində qeyri-yaşayış sahələrində orta satış qiyməti 2,8%, icarə bazarında isə 1,9% düşüb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Bakı şəhəri üzrə 1 kv. metr qeyri-yaşayış sahəsinin orta satış qiyməti (təklif üzrə) əvvəlki ayda qeydə alınan 3 278 ABŞ dollarından 3 186 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən rüblə müqayisədə 6,8% təşkil edib. Artıq qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 10,1% aşağı enib.
Ay ərzində Qaradağ rayonu istisna olmaqla bütün rayonlarda orta qiymətlərdə azalma müşahidə olunub. Qaradağda kommersiya obyektlərinin orta satış qiyməti 0,2% artıb.
Bazarda 1 kv. metrin orta qiymətindən (3 186 dollar) ucuz olan obyektlər ümumi portfeldə 60,7% paya malikdir.
Mart ayında bazara çıxarılan qeyri-yaşayış sahələri fevralda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası əvvəlki aya nisbətən azalıb.
Bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı isə 4,4% artıb. Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 3,2% təşkil edib. Buna müvafiq olaraq, bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR