Bank Of Baku

Azərbaycanda rabitə müəssisələrinin gəlirləri I rübdə 5% artıb

Azərbaycanda rabitə müəssisələrinin gəlirləri I rübdə 5% artıb
# 23 aprel 2009 15:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən 2009-cu ilin yanvar-mart aylarında əhaliyə, idarə və təşkilatlara göstərilən xidmətlərindən əldə olunan gəlirlərin həcmi 200,8 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin ilk rübü ilə müqayisədə bu göstərici 5,3% artıb.
Rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin ümumi həcmində əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi 155,4 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.
Göstərilmiş rabitə xidmətlərinin ümumi həcminin 77,7%-i qeyri-dövlət bölməsinin payına düşüb ki, bu da ötən ilin eyni dövründə görülmüş işlərin həcmini 4,4% üstələyir.
Hesabat dövründə əldə olunmuş gəlirlərin 70,6%-i mobil telefon rabitəsi xidmətlərindən əldə olunub və bu, 2008-ci ilin yanvar-mart aylarının nəticələri ilə müqayisədə 6,2% çoxdur.
Qeyd edək ki, rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 15,3%, Quba-Xaçmaz iqtisadi rayonunda 8,5%, Dağlıq Şirvan iqtisadi rayonunda 6,1%, Şəki-Zaqatala iqtisadi rayonunda 9,1%, Aran iqtisadi rayonunda 9,9%, Lənkəran iqtisadi rayonunda 8,3%, Gəncə-Qazax iqtisadi rayonunda 5,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR