Bank Of Baku

Azərbaycanın İKT sektorunda məhsul istehsalı və xidmətlərin həcmi I rübdə 4% artıb

Azərbaycanın İKT sektorunda məhsul istehsalı və xidmətlərin həcmi I rübdə 4% artıb
# 24 aprel 2009 07:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda bu ilin birinci rübü ərzində İKT sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsul və göstərilən xidmətlərin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% artaraq, faktiki qiymətlərlə 208,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata əsasən, hesabat dövründə ötən ilin göstəriciləri ilə müqayisədə ötürücü cihazların istehsalında 31,1%, səsi və təsviri qəbul etmək, yazmaq və göstərmək üçün cihaz istehsalında 3,7 dəfə, elektrik-məişət mallarının və radio-televiziya aparatlarının topdan satışında 2,1 dəfə, elektrik rabitəsində 4,9%, kompüterlərin, kompüter periferiya avadanlıqlarının topdan satışı və proqram təminatında 20,4%, proqram təminatının nəşrində 4%, məlumatların işlənməsində 2,1 dəfə artım müşahidə olunub.
Bununla yanaşı, əksinə, izolə edilmiş məftillərin və kabellərin istehsalında 28,8%, nəzarət-ölçü cihazlarının istehsalında 29%, məlumat bazaları ilə əlaqədar fəaliyyətdə 54,3%, hesablama texnikası ilə bağlı sair fəaliyyətdə 28,9%, elektron-hesablama maşınlarının və informasiyanı işləmək üçün sair avadanlıqların istehsalında 68,9%, hesablama texnikası və qurğu vasitələri üzrə məsləhətlərdə isə 31% azalma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR