Bank Of Baku

“Aztelekom” “Tac kart” sistemini bütün Azərbaycan ərazisində tətbiq etməyə başlayıb

“Aztelekom” “Tac kart” sistemini bütün Azərbaycan ərazisində tətbiq etməyə başlayıb
# 26 oktyabr 2009 13:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi artıq bütün Azərbaycan ərazisində “Tac kart” sisteminin tətbiqini həyata keçirir.

RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda TOLL stansiyalarının tətbiqi nəticəsində Gəncə, Quba, Sumqayıt, Şəki, Şirvan, Mingəçevir rayon mərkəzləri və ətrafda yerləşən bütün rayonlar “Tac kart” sisteminə qoşulublar. Bununla yanaşı, sistem Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə şəbəkəsində də tətbiq olunub.

Qeyd edək ki, “Tac kart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir. Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tac kart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər “Tac kart” sisteminə qoşulmaq üçün 2, 4, 10 manat nominalında olan “Tac kart”ı stasionar telefondan 124 nömrəsini yığaraq yükləməlidirlər. Bu sistemdə abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyasının hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.

Bu sistem vasitəsilə abunəçilər beynəlxalq və şəhərlərarası danışıqlarına nəzarət edə bilirlər. Sistem öncədən ödənişli olduğuna görə bu danışıqlar üzrə borcun yığılması və nəticədə telefonun bağlanılması halları aradan qaldırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR