Bank Of Baku

Bakıdan Dubaya uçan sərnişinlərə avtomobil icarəsi xidməti təklif olunur

Bakıdan Dubaya uçan sərnişinlərə avtomobil icarəsi xidməti təklif olunur
# 16 sentyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti dünya üzrə yeni avtomobil icarəsi xidmətini istifadəyə verib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «CarTrawler» şirkəti ilə birgə təqdim olunan xidmət flydubai.com saytı vasitəsi ilə 185 ölkənin 35 min şəhər və hava limanlarında, avtomobil icarəsi ilə məşğul olan 650-dən artıq şirkətin ən sərfəli təkliflərindən faydalanmağa imkan yaradır.

Qeyd edək ki, cari ildə «Flydubai» şirkəti sərnişinlər üçün Dubay beynəlxalq hava limanının 2-ci terminalından Abu Dabi və Əl Əyn şəhərlərinə avtobus xidmətini də istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR