Azərbaycan Çində keçirilən «Yay Davosu» forumunda iştirak edib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
«İqtisadiyyatın keyfiyyətli inkişafı» mövzusunda keçirilmiş tədbirdə 100-ə yaxın ölkədən 2 500 nümayəndə, o cümlədən bir sıra ölkələrin dövlət və hökumət başçıları, regional təşkilatların və iri şirkətlərin rəhbərləri iştirak ediblər. Forum çərçivəsində keçirilən elm, texnologiya və innovasiyalar mövzusunda iclasda informasiya texnologiyalarının gələcək inkişafı, onun cəmiyyətdə müxtəlif sahələrdə tətbiqinin faydasından danışılıb.
Nazir Ə.Abbasov bu sahədə Azərbaycanda görülən işlər, əldə olunmuş nailiyyətlər və perspektiv layihələrdən bəhs edib. O, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, dövlət başçısı tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına böyük diqqət yetirildiyi, enerji sahəsindən sonra İKT-nin ölkə iqtisadiyyatında prioritet sahələrdən birinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu bildirib.
Dünya İqtisadi Forumunun rəqəmsal iqtisadiyyat problemlərinin ölkələr arasında əlaqələndirilməsi ilə məşğul olan Hökumət Qrupunun ilk iclasında Azərbaycanda texnoloji inkişaf və Avrasiyada regional layihələrdə, xüsusən «Trans Avrasiya Super İnformasiya Magistralı» (TASİM) layihəsində fəal iştirakı yüksək qiymətləndirilib.
Qeyd olunub ki, TASİM layihəsinin məqsədi Qərb və Şərq arasında super informasiya magistralının yaradılması, region ölkələrinin İKT-yə çıxış imkanlarının genişləndirilməsidir. Magistral Şərqi Avropa, MDB ölkələri, Türkiyə, Mərkəzi Asiya ölkələrini, Çini birləşdirərək, eləcə də bu regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin təşkil olunması üçün əlverişli şərait yaradacaq. TASİM-in dünyanın 20-dən çox ölkəsini əhatə edəcəyi nəzərdə tutulub.
Bundan başqa, forum çərçivəsində Ə.Abbasov Çinin elm və texnologiya naziri Van Qanq, Hindistanın planlaşdırma, elm və texnologiya üzrə dövlət naziri Aşvani Kumar, Pakistanın elm və texnologiya naziri Mir Çingiz Xan Camali, Çinin «HUAWEI», ABŞ-ın «WYSE Technology», Böyük Britaniyanın «British Telecom» və maraq doğuran digər şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə əsasən İKT sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, bu sahədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması və mütəxəssislərin elmi-mübadiləsinin aparılması, xarici şirkətlərin Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışı imkanları müzakirə olunub, Azərbaycan iqtisadiyyatının, o cümlədən İKT sektorunun inkişafı bütün dünyada maraq doğurduğu qeyd edilib.
İnfrastruktur
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Xəbər Lenti
Kavelaşvili: Azərbaycanın Gürcüstana göstərdiyi ləyaqətli münasibət nümunəvidir
Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb
Gürcüstanın böyük hissəsi işıqsız qalıb
Britaniya İranın hədələrindən sonra ordusunun istənilən hücuma hazır olduğunu açıqlayıb
Tramp bildirib ki, İran hələ də ABŞ ilə razılaşmaya hazır deyil
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib
KL: "Zirə" “Payde”yə məğlub olub
Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcək
Tramp yenidən prezident olmaq istədiyini bildirib
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
İrana aid neft tankeri ABŞ-ın mühasirəsini yarıb
AL: “Qarabağ” ÇSKA ilə heç-heçə edib
Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1