Bank Of Baku

Azərbaycanın informasiya və rabitə sektorunda xidmətlərin həcmi 11% artıb

Azərbaycanın informasiya və rabitə sektorunda xidmətlərin həcmi 11% artıb
# 19 sentyabr 2011 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 765,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 73,2% təşkil edib.

«Rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 62,4%-i mobil telefon rabitəsindən yaranıb və 2010-cu ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 2,1% artaraq 477,7 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR