Bank Of Baku

Azərbaycanda yerinə yetirilmiş inşaat işlərinin həcmi 23% artıb

Azərbaycanda yerinə yetirilmiş inşaat işlərinin həcmi 23% artıb
# 19 sentyabr 2011 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 23,3% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə görülmüş ümumi tikinti işlərinin 75,8%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,2%-ni əsaslı təmir, 3,1%-ni cari təmir, 4,9%-ni isə sair tikinti işləri təşkil edib: «Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 26,8%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 73,2%-ni həyata keçirib».

Qeyd edək ki, 2011-ci ilin yanvar-iyul aylarında inşaat bölməsində çalışmış 72,8 min nəfərin orta aylıq nominal əmək haqqı 514,2 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 542,5 manat olub, binaların tikintisində 16,6%, mülki təyinatlı inşaat işlərində 6,5%, ixtisaslaşdırılmış tikinti işlərində isə 9,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR