Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda xidmətlərin həcmi 6% artıb

Azərbaycanın nəqliyyat sektorunda xidmətlərin həcmi 6% artıb
# 19 sentyabr 2011 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çox nəqliyyat xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 65,8%-i dəmir yolu nəqliyyatı, avtomobil və boru kəməri, 8,8%-i dəniz, 14,7%-i hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilib.

«Hesabat dövründə yük nəqliyyatı ilə 135,6 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 4,6% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi isə 10,5% artıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 53,6%-i avtonəqliyyat, 30%-i boru kəməri, 10,4%-i dəmir yolu, 6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib», - deyə Komitədən bildirilib.

Hesabat dövründə qeyri-dövlət bölməsində yük daşınması 4,8% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR