Bank Of Baku

Azərbaycanın dövlət qurumlarında elektron sənəd dövriyyəsi sistemi quraşdırılır

Azərbaycanın dövlət qurumlarında elektron sənəd dövriyyəsi sistemi quraşdırılır
# 20 sentyabr 2011 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf, Maliyyə nazirliklərində və Heydər Əliyev Fondunda elektron sənəd dövriyyəsi sistemi artıq quraşdırılıb və işləyir. “APA-Economics”in xəbərinə görə, bu barədə “Ultra” şirkətinin rəhbəri Zaur Məmmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda elektron sənəd dövriyyəsi sistemi Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində quraşdırılır, ilin sonunadək bu işlər başa çatdırılacaq: “Bu sistem digər qurumlarda da tətbiq olunacaq, artıq bir çox nazirliklər özlərinin gələn ilki büdcələrinə bu məsələni daxil edib. Çünki dövlət başçısının əhaliyə elektron xidmətlərin göstərilməsinə dair müvafiq sərəncamı var”.

Z.Məmmədzadə qeyd edib ki, dövlət qurumlarında lisenziyalaşdırılmış proqram təminatını quraşdırılması bu ilin sonunda, hətta bir qədər tez başa çatacaq: “Bu layihənin operatoru Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR