Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanda «e-hökumət» portalı istifadəyə veriləcək

Yaxın vaxtlarda Azərbaycanda «e-hökumət» portalı istifadəyə veriləcək
# 20 sentyabr 2011 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın zamanlarda Azərbaycanda «Elektron hökumət» («e-hökumət») portalı istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, «e-hökumət» portalına artıq 8 dövlət qurumu inteqrasiya olunub və qurumların sayı daim artır. Belə ki, dövlət başçısının ölkədə elektron xidmətlərin tətbiqinin sürətləndirilməsinə dair müvafiq qərarı mövcuddur: «Hazırda bir çox dövlət qurumları elektron xidmətlərin çeşidini artırır və yaxın zamanlarda bütün dövlət qurumlarının portala inteqrasiyası gözlənilir. Əsas məqsədimiz qurumlar arasında qarşılıqlı əlaqənin yaradılmasıdır. Belə ki, qurumlarda informasiya sistemləri, informasiya sistemlərinin istifadəsi üçün nəzərdə tutulmuş platformalar müxtəlifdir. Qurumlar arasında qarşılıqlı əlaqəni yaratmaq üçün vahid standartlar, qaydalar, texnologiyaların tətbiqi nəzərdə tutulur».

Nazir müavini onu da qeyd edib ki, portalın hazırlanmasına dair işlər ən son mərhələdədir və yaxın zamanlarda «e-hökumət» portalı istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR