Bank Of Baku

«Flydubai» Avro-2012 ərəfəsində Ukraynaya yeni aviareyslər açır

«Flydubai» Avro-2012 ərəfəsində Ukraynaya yeni aviareyslər açır
# 20 sentyabr 2011 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Futbol üzrə Avropa çempionatı (Avro-2012) ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti Ukraynanın bir neçə şəhərinə birbaşa sərnişin aviareysləri açır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Flydubai» Kiyev, Xarkov və Donetsk şəhərlərinə uçuşlara başlayaraq yerinə yetirdiyi aviamarşrutlarının sayını 44-ə çatdırıb.

Qeyd edək ki, Avro-2012 çərçivəsində oyunlar Ukrayna və Polşada baş tutacaq. Şirkətin Ukraynaya reys açdığı hər üç şəhərdə oyunlar keçiriləcək.
Avropa çempionatının final oyunu Kiyevdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR