Bank Of Baku

Azərbaycanda genişzolaqlı internetin inkişafına dair tədbirlər planı hazırlanır

Azərbaycanda genişzolaqlı internetin inkişafına dair tədbirlər planı hazırlanır
# 20 sentyabr 2011 11:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Nazirlik ölkənin bütün regionlarında genişzolaqlı internetə çıxışı təmin etmək niyyətindədir: «Tədbirlər planı istifadəçilərin daha keyfiyyətli genişzolaqlı internet xidmətindən istifadəsinə yardım edəcək. Belə ki, genişzolaqlı internetin inkişafı çərçivəsində müasir texnologiyaların və infrastrukturun tətbiqi nəzərdə tutulur».

Nazir müavini onu da bildirib ki, tədbirlər planı yaxın üç ili əhatə edir.

«Hazırda ölkə əhalisinin 50%-i internet istifadəçisidir və onlardan 30%-i genişzolaqlı internet istifadəçisidir», - deyə E.Vəlizadə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR