Bank Of Baku

Beynəlxalq Telekommunikasiya İttifaqı: Azərbaycan İKT xidmətlərinin orta qiymətləri üzrə dünyada 53-cü yerdədir

Beynəlxalq Telekommunikasiya İttifaqı: Azərbaycan İKT xidmətlərinin orta qiymətləri üzrə dünyada 53-cü yerdədir
# 20 sentyabr 2011 12:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ITU-nun «İnformasiya cəmiyyətinin ölçüləri-2011» hesabatında deyilir.

«Azərbaycan dünyanın 152 ölkəsi arasında İKT xidmətlərinin orta qiymətləri üzrə 53-cü yerdə qərarlaşıb. Ölkədə İKT xidmətlərinin orta qiyməti adambaşına ÜDM-in 1,8%-ni təşkil edir. Ötən il ərzində Azərbaycanda İKT xidmətlərinin orta qiyməti adambaşına ÜDM-in 9,9%-ni təşkil etdiyi 2008-ci ilə nisbətən xeyli azalıb. İKT qiymətlərinə təsbit edilmiş telefon rabitəsi, mobil rabitə və İnternetə genişzolaqlı çıxış daxildir», - deyə hesabatda qeyd olunub.

Hesabata əsasən, 2010-cu ildə Azərbaycanda təsbit olunmuş telefon rabitəsi üzrə İKT qiymətləri adambaşına ÜDM-in 0,6%-ni (2008-ci ildə bu göstərici 0,8% olub) təşkil edib. Ötən ilin yekunları üzrə təsbit olunmuş telefon rabitəsinin qiyməti adambaşına ÜDM-in 1,7%-ni təşkil edib ki, bu da 2008-ci ilin göstəricisi ilə müqayisədə 0,5% çoxdur: «Ötən ilin yekunları üzrə genişzolaqlı rabitə xidmətləri Azərbaycanda 3,1% təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 23,6% azdır. Son iki il ərzində Azərbaycan həm mütləq, həm də nisbi ifadədə IDI indeksi üzrə nəzərəçarpacaq yaxşılaşmaya nail olub. Ölkədə yüksək və yuxarı orta artım sürəti həm subindeks, həm də subindeksdən istifadə üzrə müşahidə olunur ki, bu da informasiya cəmiyyətinin inkişafını göstərir. Eyni zamnada, 2008-2010-cu illərdə Azərbaycanda İKT xidmətlərinin qiymətlərində kəskin azalma müşahidə olunub. Qiymətlərin nisbi səviyyəsi isə 50%-dən çox azalıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR