Bank Of Baku

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
# 25 iyul 2026 02:11 (UTC +04:00)

Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə yekun qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Feliks Plasensiya öz “Telegram” kanalında məlumat verib.

“Müvəqqəti prezident Delsi Rodrigesin tapşırığı ilə Venesuela “Roma Statutu”nu denonsasiya etmək və Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) yekun çıxış prosesinə başlamaq barədə qəti və qeyd-şərtsiz qərarını rəsmi şəkildə BMT-nin Baş katibi Antonio Quterreşə çatdırıb", - Plasensiya bildirib.

Xarici işlər naziri bildirib ki, Venesuela suverenliyə və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət edən həqiqi beynəlxalq ədalətə sadiqliyini bir daha təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR