Bank Of Baku

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımanın həcmi 7%, sərnişindaşımanın həcmi isə 8% artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımanın həcmi 7%, sərnişindaşımanın həcmi isə 8% artıb
# 20 sentyabr 2011 15:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 31,3 mln. ton yük və 140,1 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə TRACECA-nın Azərbaycan ərazisi ilə yükdaşımanın həcmi 6,6%, sərnişin daşınmasının həcmi isə 7,7% artıb: «Yüklərin 43,3%-i avtomobil, 36,7%-i dəmir yolu, 20%-i dəniz nəqliyyatının payına düşüb. Daşımaların həcmi dəniz nəqliyyatında 27,8%, avtomobil nəqliyyatında 7,2% artımla qeydə alınıb».

Yük daşımaları fəaliyyətindən 206,9 mln. manat, sərnişin daşınmasından isə 44,2 mln. manat gəlir əldə olunub və bu göstəricilər müvafiq olaraq 13,2% və 24,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR