Bank Of Baku

Gəncədə taksi sürücülərinə qarşı növbəti reyd keçirilib

Gəncədə taksi sürücülərinə qarşı növbəti reyd keçirilib
# 21 sentyabr 2011 08:45 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə dövlət rüsumunu ödəmədən qanunsuz fəaliyyət göstərən taksilərə qarşı reyd keçirilib.

Gəncə şəhər 1 saylı Regional Nəqliyyat Departamentindən APA-nın Qərb bürosuna verilən məlumata görə, departamentin taksi daşımaları şöbəsinin keçirdiyi reyd zamanı qanunsuz fəaliyyət göstərən onlarla sürücü aşkarlanıb.

Reyd zamanı qanunsuz fəaliyyət göstərən sürücülərə cərimə sanksiyası tətbiq olunub. 1 saylı Regional Nəqliyyat Departamentinin taksi daşımaları şöbəsinin gördüyü ciddi tədbirlərə baxmayaraq, şəhərimizdə ümumi fəaliyyət göstərən təxminən 800-ə yaxın taksidən 400-ü dövlət rüsumuna cəlb edilib.

Qeyd edək ki, taksi daşıması ilə qanunsuz məşğul olan sürücülər ay ərzində departamentə 19 manat 50 qəpik dövlət rüsumu ödəməklə öz xidmətlərini davam etdirə bilərlər. Əks təqdirdə, belə taksilərə qarşı 40 manatdan 100 manatadək cərimə sanksiyaları tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR