Bank Of Baku

Azərbaycan Xəzəryanı ölkələrin liman administrasiyalarının görüşündə iştirak edəcək

Azərbaycan Xəzəryanı ölkələrin liman administrasiyalarının görüşündə iştirak edəcək
# 21 sentyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 22-23-də Türkmənbaşıda (Türkmənistan) Xəzəryanı dövlətlərin liman administrasiyalarının III beştərəfli görüşü keçiriləcək.

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşlər zamanı limanlar arasında yük dövriyyəsi, təhlükəsizlik və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Tədbir çərçivəsində tərəflər müxtəlif formatda görüşlər keçirəcək, Xəzəryanı dövlətlərin dəniz limanları administrasiyalarının iclaslarında ümumi fikir mübadiləsi aparacaq. Görüşlər zamanı limanlar arasında yük dövriyyəsinin artırılması, təhlükəsizliyin təminatı, limanlararası təcrübənin öyrənilməsi, Xəzər sularında baş verə biləcək hər hansı fövqəladə halların qarşısının alınması və s. məsələlər müzakirə ediləcək.

Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyi və Dəniz Administrasiyasının nümayəndələri təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR