Bank Of Baku

Azərbaycan «Facebook» istifadəçilərinin sayına görə 93-cü yerdədir

Azərbaycan «Facebook» istifadəçilərinin sayına görə 93-cü yerdədir
# 21 sentyabr 2011 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzi növbəti dəfə ölkələr üzrə «Facebook» istifadəçilərinin sayını açıqlayıb.

«APA-Economics»in məlumatına görə, Mərkəzin dərc etdiyi hesabatda Azərbaycan 213 ölkə arasında 506 780 nəfər istifadəçi ilə 93-cü yerdə qərarlaşıb. Bunlardan 64%-i kişi, 36%-i isə qadındır. Cari ilin mart ayı ilə müqayisədə istifadəçilərin sayı 56% və ya 181 900 nəfər artıb.

Hesabatda həmçinin qeyd olunub ki, hazırda Azərbaycan əhalisinin 6,1%-i «Facebook» şəbəkəsindən istifadə edir.

Qeyd edə ki, hazırda «Facebook» şəbəkəsinin istifadəsinə görə 155,7 mln. istifadəçi ilə 1-ci yerdə ABŞ, 2-ci yerdə 40,1 mln. istifadəçi ilə İndoneziya, 3-cü yerdə isə 35,4 mln. istifadəçi ilə Hindistan qərarlaşıb. İlk beşliyə həmçinin Türkiyə və Böyük Britaniya daxildir.

Xatırladaq ki, hazırda «Facebook» istifadəçilərinin ümumi sayı 759,1 mln. nəfərdən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR