Bank Of Baku

«Azerfon» şirkəti «Bank Standard»dan kredit cəlb edib

«Azerfon» şirkəti «Bank Standard»dan kredit cəlb edib
# 22 sentyabr 2011 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) şəbəkənin müasirləşdirilməsi və xidmət keyfiyyətinin artırılması üçün «Bank Standard» QSC-dən 15 mln. manat həcmində kredit cəlb edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Azerfon»la «Bank Standard» arasında əldə olunan razılaşmaya əsasən, 15 mln. manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilib.

Veksel satışından əldə olunan vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Müqaviləyə əsasən, veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi «Bank Standard» tərəfindən həyata keçirilir.

«İki ay əvvəl «Nokia Siemens Network» (NSN) şirkəti ilə şəbəkəmizin genişləndirilməsi və modernləşməsi üçün 65 mln. ABŞ dolları məbləğində müqavilə imzaladıq. «Bank Standard» vasitəsi ilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəsini və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq», - deyə «Azerfon»un baş icraçı direktoru Yurgen Pitz bildirib.

Qeyd edək ki, «Azerfon» 2007-ci ilin mart ayından fəaliyyət göstərir. Hazırda şirkətin 1,7 mln. abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR