Bank Of Baku

Azərbaycan Batumidə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş regional seminarda iştirak edir

Azərbaycan Batumidə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş regional seminarda iştirak edir
# 22 sentyabr 2011 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Batumidə (Gürcüstan) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Komissiyasının dəstəyi ilə «Korrupsiyanın aradan qaldırılmasında və effektivliyin gücləndirilməsində dövlət orqanlarında xidmətlərin göstərilməsinin rolu» mövzusuna həsr olunmuş regional seminar işə başlayıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Nazirliyin Hüquq və kadrlar şöbəsinin əməkdaşı Zaur Qəmbərov təmsil edir. Tədbir çərçivəsində dövlət orqanlarında xidmətlərin göstərilməsində səmərəli üsullar müzakirə olunur.

Seminarda xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasında və korrupsiyanın qarşısının alınmasında əsas meyar kimi informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət yetiriləcək.

Tədbir iştirakçıları regionun digər ölkələrində dövlət orqanlarında xidmətlərin, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı vəziyyətlə tanış olub, bu istiqamətdə öz fikirlərini bölüşüb, eləcə də işgüzar əlaqələr qura və faydalı təcrübə əldə etmək imkanından yararlanacaq.

Qeyd edək ki, seminar sentyabrın 24-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR