Bank Of Baku

Bakıda növbəti elmi konfrans keçirilir

Bakıda növbəti elmi konfrans keçirilir
# 22 sentyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Azersun Holding”in dəstəyi ilə Bakıda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyalarının İnkişafı 2011” mövzusunda beynəlxalq simpozium keçirilir.

Holdinqdən «APA-Economics»ə verilən məlumata görə, simpozium Azərbaycanın Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Süleyman Dəmirəl Universiteti (Türkiyə), Karlsrue Texnologiya İnstitutu (Almaniya), Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan) tərəfindən təşkil edilib.

İki gün davam edəcək simpoziumda tətbiqi mexanika, telemexanika, İT, nano-kompozitlər, nano-mühəndislik, stabilitet nəzəriyyəsi, mobil rabitə sistemləri, maşınqayırma texnologiyası və materialşünaslıq sahələrindəki nailiyyətlər, yeni texnologiyalar haqqında tədqiqatlar və mühəndislər üçün ümumi məruzələr keçiriləcək, müzakirələr aparılacaq.

Simpoziumda ABŞ, Türkiyə, Almaniya, Rusiya, İran, Ukrayna, Çin, Şimali Kipr Türk Respublikası, Kanada və digər ölkələrdən görkəmli alimlər iştirak edir. Eyni zamanda, tədbirdə 60-dan çox elmi məruzə dinləniləcək və müzakirələr olacaq. Simpozium sentyabrın 23-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR