Bank Of Baku

Nəqliyyat Nazirliyində Avstriya nümayəndə heyəti ilə gürüş keçirilib

Nəqliyyat Nazirliyində Avstriya nümayəndə heyəti ilə gürüş keçirilib
# 23 sentyabr 2011 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu çərçivəsində Bakıda səfərdə olan Vyana şəhərinin vitse-meri xanım Renate Braunerin və Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiçin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat Nazirliyində olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətini Nəqliyyat nazirinin müavini Musa Pənahov qəbul edib. Tərəflər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb. Nazir müavini Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti xarici investisiyalar üçün cəlbedici olduğunu bildirib. M.Pənahov xüsusilə son dövrlər həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verib və bu çərçivədə Azərbaycan tərəfinin Avstriya təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

Öz növbəsində R.Brauner əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycan tərəfini Vyanaya səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR