Bank Of Baku

“Azerfon” Azərbaycanda ilk dəfə olaraq 3G mobil təhsil layihəsini təqdim edib

“Azerfon” Azərbaycanda ilk dəfə olaraq 3G mobil təhsil layihəsini təqdim edib
# 23 sentyabr 2011 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakıda keçirilən Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyaları üzrə beynəlxalq simpoziumda Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» («Nar Mobile» ticarət nişanı) ölkədə ilk dəfə olaraq 3G mobil təhsil layihəsini təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, simpozium Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Süleyman Dəmirəl Universiteti (Türkiyə) və Almaniyanın Karlsrue Texnologiya İnstitutunun təşkilatçılığı və «Azerfon»un dəstəyi ilə keçirilib.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev müasir informasiya texnologiyalarının ölkədə inkişafı, təhsil və elmdə tətbiqinin vacibliyini vurğulayıblar.

Simpoziumda «Azerfon» şirkəti ilə Odlar Yurdu Universiteti arasında Azərbaycanda ilk mobil təhsil layihəsinin təşkilinə dair memorandum da imzalanıb.

Simpozium zamanı elmdə və cəmiyyətin digər sahələrində müasir informasiya texnologiyalarının tətbiqi, bu sahədə yeniliklə və inkişaf perspektivləri haqqında təqdimatlar dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR