Bank Of Baku

HP korporasiyasına qadın rəhbərlik edəcək

HP korporasiyasına qadın rəhbərlik edəcək
# 23 sentyabr 2011 08:23 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Hewlett-Packard” (HP) korporasiyasının Direktorlar Şurası şirkətə yeni prezident təyin edib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu, “eBay” internet auksionunun keçmiş rəhbəri Marqaret Uitmendir.

HP-nin bundan əvvəlki rəhbəri Leo Apoteker isə istefaya göndərilib. O, şirkətə cəmi 11 ay rəhbərlik edib. Direktorlar Şurası L.Apotekerin şirkətə uzunmüddətli perspektivdə rəhbərlik edə biləcəyinə inamını itirdiyi üçün bu addımı atıb.

Qeyd edək ki, M.Uitmen “eBay” internet auksionuna 1998-2008-ci illərdə rəhbərlik edib. o, 2010-cu ildə Respublikaçılar Partiyasından Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizəd olsa da, seçkiləri uduzub.

HP kompüter texnologiyaları sahəsində ABŞ-ın nəhəng İT şirkətlərindən biridir. Korporasiya personal kompüter, printer, skaner, kalkulyator və s. istehsalı ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR