Bank Of Baku

Azərbaycanda dəmir yolu ilə yükdaşımanın həcmi 3% azalıb

Azərbaycanda dəmir yolu ilə yükdaşımanın həcmi 3% azalıb
# 23 sentyabr 2011 09:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 14,1 mln. ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə dəmir yolu ilə yükdaşımanın həcmi 2,7% azalıb.

«Hesabat dövründə orta hesabla sutkada 683 vaqon yüklənib, 455 vaqon boşaldılıb. Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 31 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton və Cənub istiqaməti üzrə 3,4 min ton yüklənmə işi yerinə yetirilib. Ötən ilin səkkiz ayı ilə müqayisədə Şimal istiqamətində yüklənmənin həcmi 10% azalıb, Qərb istiqamətində 34,4%, Cənub istiqamətində isə 6,3% artıb», - deyə Komitədən bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR