Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 11% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşıma 11% artıb
# 23 sentyabr 2011 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi ötən ilin analoji dövrünə nisbətən 11,2% artaraq 8,1 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 57,4%-ni neft yükləri, 42,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib: «Cari ilin yanvar-avqust aylarında dəniz limanlarında 8 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 14,2% artım olub. İşlənmiş yüklərin 84,6%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 7,8%, idxal yüklərin həcmi isə 91% artıb».

Qeyd edək ki, 2011-ci il sentyabrın 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 41,4 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,3% çox idxal yüklərin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR