Bank Of Baku

«Azərkosmos» optik kabel çəkilməsi üzrə tender keçirir

«Azərkosmos» optik kabel çəkilməsi üzrə tender keçirir
# 23 sentyabr 2011 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərkosmos» ASC Xırdalan ATS-dən Yerüstü Peyk İdarəetmə Mərkəzinədək qorunan optik-lif kabelin (FO -48) çəkilməsi üzrə tender elan edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, göstərilən marşrut üzrə kabelin uzunluğu 31 590 metr təşkil edir. Tenderdə iştirak etmək istəyənlər 220 manat məbləğində iştirak haqqı ödəməlidir.

İddiaçılar sənədlərini və tender təkliflərini oktyabrın 10-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası oktyabrın 21-də keçiriləcək.

Xatırladaq ki, «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR