Bank Of Baku

«Azərpoçt» peşəkar əməliyyatçı və poçtalyon adı uğrunda müsabiqə keçirir

«Azərpoçt» peşəkar əməliyyatçı və poçtalyon adı uğrunda müsabiqə keçirir
# 23 sentyabr 2011 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC «Ən peşəkar əməliyyatçı» və «peşəkar poçtalyon» adı uğrunda müsabiqənin keçirilməsini elan edib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə müəssisədə Müsabiqə Komissiyası yaradılıb.

Müsabiqənin başlıca məqsədi «Azərpoçt»un struktur tərkibinə daxil olan filiallarda öz sənətini sevən, bu sahədə bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, bu sənətin sahibi olması ilə fəxr edən, «rabitəçi» adını daşıyan, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsidir.

Qeyd olunanlarla əlaqədar namizədlərin (bir nəfər ən peşəkar əməliyyatçı və poçtalyon) Komissiyaya göndərilməsi haqqında bütün yerli poçt filiallarına məktublar göndərilib. Poçt filialları tərəfindən təqdim edilmiş namizədlərin seçilməsi «Poçt Qaydaları»na riayət olunmaqla müsabiqə yolu ilə həyata keçməlidir. Qaliblərin «Azərpoçt» MMC-nin «Fəxri Fərman»ı və pul mükafatına layiq görülmələri nəzərdə tutulur.

Müsabiqə 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı gününə və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR