Bank Of Baku

Aran bölgəsində rəqəmli televiziya yayımına başlanıb

Aran bölgəsində rəqəmli televiziya yayımına başlanıb
# 23 sentyabr 2011 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi Aran bölgəsində rəqəmli televiziya yayımına başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Ağsu Radio Televiziya Yayım Stansiyasında yüksək tələblərə cavab verən rəqəmli televiziya yayımı avadanlığı qurulub. Bununla da Aran bölgəsində yayımın təmin edilməsi ilə Azərbaycanda rəqəmli yayım ölkə əhalisinin 55%-nin yaşadığı ərazini əhatə edir.

Qeyd edək ki, hazırda rəqəmsal televiziya yayımı Bakı və Abşeron yarımadası, Gəncə, Şirvan və Lerik şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR